"Mançester Yunayted"in qapıçısı David De Xea "Vulverhempton"la qarşılaşmada (0:2) qapısını toxunulmaz saxlayaraq Premyer Liqanın cari mövsümündə 16-cı "quru oyun"unu keçirib.
Fanat.Az xəbər verir ki, beləliklə ispaniyalı qolkiper "Qızıl əlcəy"in sahibi olub. Heç kim onu ötməyəcək.
Bununla belə, Alison (“Liverpul”), Nik Pop (“Nyukasl”) və Aaron Ramsdeyl (“Arsenal”) geridə qalan turlarda De Xeaya çatmaq şansına malikdir. Onların hər biri 13 matçda qol buraxmayıb. De Xeaya yetişmək üçün onlar qalan oyunları qol buraxmadan keçirməli, ispan isə qalan üç görüşün hamısında qapısında qol görməli və ya meydana girməməlidir.
De Xea 2017/18 mövsümündə də "Qızıl əlcək" alıb. O, həmin mövsümdə 18 "quru" görüş keçirib.
32 yaşlı qolkiperin MY ilə müqaviləsinin müddəti yayda başa çatır. Onun dəyəri 15 milyon avrodur.
Mirağa