Madrid “Real”ı “Mançester Yunayted”in qolkiperi David de Xea ilə uzunmüddətli müqavilə bağlayacaq. Fanat.Az “Marka”ya istinadən xəbər verir ki, artıq 26 yaşlı qapıçı İngiltərə təmsilçisinin rəhbərliyinə də getmək istədiyini deyib.
Maraqlıdı ki, “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2019-cu ilədək hesablanan əlcək sahibi vətənində İngiltərədəkindən bir qədər az qazanmağa da razılıq verib.
O, MY-də ilə 12 milyon avro maaş alır.
Qeyd edək ki, “Real” 2 il əvvəl də sözügedən qapıçını heyətinə qatmaq istəmiş, lakin tərəflər transfer pəncərəsi bağlanana qədər bütün sənədləri hazır edə bilmədiyindən keçid baş tutmamışdı.
Fanat.Az