De Byazi Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTOLAR

De Byazi Allahverdi Bağırovun məzarını ziyarət etdi - FOTOLAR
"Qarabağ"ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda "İmarət" stadionundayam".
Fanat.Az xəbər verir ki, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi şəxsi instaqram hesabında yazıb.
65 yaşlı mütəxəssis Ağdamda yalnız məlum səbəblərə görə xarabalıqlar görə bildiyini vurğulayıb: "Ancaq ümid edirəm ki, "Qarabağ" burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək".
İtaliyalı baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər