"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola

"De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi" - Quardiola
"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Kevin De Bröyne haqqında fikirlərini bölüşüb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, Quardiola KDB-ni dünyanın ən yaxşı yarımmüdafiəçisi adlandırıb:
"Kevin çox yaxşıdı. O, unikal özəlliklərə sahibdi. Meydan boyu əla hərəkət edir və meydanı çox yaxşı görür. Bununla yanaşı, Kevinin xarakteri var. Uzun müddət idi ki, penalti nöqtəsindən fərqlənə bilmirdik. Amma o, artıq ardıcıl 4 penaltini qola çevirib.
Hazırda De Bröyne dünyanın ən yaxşı yarımmüdafiəçisidi. O, daha da yaxşı ola bilər. Özü bunu necə edəcəyini bilir".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər