"Davis Luislə danışıq aparırıq" - Superliqa klubunun prezidenti

"Davis Luislə danışıq aparırıq" - Superliqa klubunun prezidenti
Türkiyənin "Adana Demirspor" klubunun prezidenti Murat Sancak braziliyalı müdafiəçi David Luislə danışıqlar apardıqlarını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "TRT Spor" 26 illik fasilədən sonra elitaya yüksələn klubun başqanının - Sancakın söylədiklərini belə çatdırıb:
"Hə, biz Davidlə danışmışıq. Danışıqlar onun agentləri vasitəsi ilə davam etdirilir. Ümid edirik ki, bu işi uğurla tamamlaya biləcəyik".
Daha öncə Adana klubunun hazırda azad agent statusu daşıyan braziliyalı müdafiəçiyə iki illik müqavilə təklif etdiyi ilə bağlı informasiyalar yayılmışdı.
Cənubi amerikalı müdafiəçi geridə qalan mövsümdə London "Arsenal"ının formasıyla 30 matça çıxaraq, 2 qol vurub.
 
Hazırda "Transfermarkt" portalı Luisin dizindəki zədədən sonra bərpa dönəmi keçdiyini göstərir.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər