David de Xea: "Ten Haqın "Ayaks"da nə etdiyini hamı bilir"

David de Xea: "Ten Haqın "Ayaks"da nə etdiyini hamı bilir"

"Mançester Yunayted"in qapıçısı David de Xea Erik ten Haqın komandaya baş məşqçi təyin olunması haqda danışıb.

Fanat.Az xəbər verir ki, “Mançester Yunayted”in rəsmi saytı 31 yaşlı qapıçının dediklərini belə çatdırıb:

"Klubun belə bir qərar verməsi məni sevindirdi. Hazırda bizdə qeyri-müəyyənlik var. Ten Haqın "Ayaks"da nə etdiyini hamı bilir. Klub az qala Çempionlar Liqasının finalına yüksəlirdi... Amsterdam təmsilçisi ten Haqla titullar qazandı və gənc oyunçular yetişdirdi. Buna görə də sevinirəm. Onun komandası yaxşı futbol oynayır. Bu mütəxəssisin təyinatından razıyıq. Lakin indi Premyer Liqada ilk "4-lük" uğrunda mübarizə aparmaq üçün bütün diqqətimizi bu mövsümün son oyunlarına yönəltməliyik”. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər