Dani Alveşi milliyə buna görə çağırıblar

Dani Alveşi milliyə buna görə çağırıblar

Braziliya yığmasının baş məşqçisi Tite Qətərdə keçiriləcək dünya çempionatında Neymara əsas fiqur gözü ilə baxır. 

Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı 39 yaşlı veteran Dani Alvesi məhz ona nəzarət etmək üçün çağırıb.

İddia olunur ki, o, Neymar üçün bir növ dayə funksiyasını daşımalıdır. Məsələ burasındadır ki, ulduz futbolçu məhz Alveşə hörmət edir, onun göstərişlərinə qulaq asır. 2013-cü ildə Neymarın "Santos"dan "Barselona"ya transferinin təşəbbüskarlarından biri Alves olub.

2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Alves dizindən aldığı zədə səbəbindən millidə yox idi. Nəticədə Neymar istehza obyektinə çevrilərək çoxlu simulyasiyalara yol verdi.

Xatırladaq ki, Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər