Dani Alves İngiltərə klubuna keçir

Dani Alves İngiltərə klubuna keçir

Baş məşqçi Maurisio Poçettinoyla münasibətləri qaydasında olmayan Kayl Uoker “Tottenhem”i bu yay tərk etmək istəyir. Fanat.Az xəbər verir ki, “Çelsi” və “Mançester Siti”nin transfer siyahısında olan müdafiəçi artıq hər iki klubla danışıqlar aparır.

Poçettino isə rəhbərlikdən onun yerinə “Yuventus”un müdafiəçisi Dani Alvesin transfer olunmasını tələb edir. Hotspurlular 32 yaşlı Alveslə 2 illik anlaşma imzalamağı planlaşdırır.

Qeyd edək ki, braziliyalı arxa xətt oyunçusu bu mövsüm “Yuve”nin formasıyla 30 oyuna çıxıb. Bu görüşlərdə 5 qol vuran Alves 7 məhsuldar ötürməylə də yadda qalıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər