“Daha yaxşısını etməliyik” – Millimizin üzvü

“Daha yaxşısını etməliyik” – Millimizin üzvü

Bu gün futzal üzrə millimizin mətbuat üçün açıq məşqindən əvvəl komandanın təcrübəli üzvü Tofiq Mikayılov jurnalitlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, bunları söyləyib:

“Əhval-ruhiyyə yaxşıdır. Çalışacağıq bizə verilən şansdan maksimum istifadə edək. Komanda üçün hər cür şərait yaradılıb. Qələbə qazanmaq üçün mübarizə aparacağıq.

Millinin əvvəlki oyunlarında iştirak etməmişəm deyə, fikir bildirmək istəmirəm. Uşaqlar yaxşı oynamışdılar. Amma həmin matçlar arxada qaldı. Bu dəfə daha yaxşısını etməliyik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər