Daha bir ölkə Pekin Olimpiadasını boykot etdi

Daha bir ölkə Pekin Olimpiadasını boykot etdi

ABŞ-dan sonra Avstraliya da Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı diplomatik boykot elan edib.

Fanat.Az-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Skott Morrison mətbuata açıqlamasında bildirib.

Avstraliya Çinin Sincan-Uyğur Muxtar Bölgəsində və digər bölgələrində insan haqlarının pozulması səbəbindən 2022-ci il Pekin Qış Olimpiya Oyunları ilə bağlı boykot qərarı verib.

Morrison Olimpiya Komitəsi boykotun idmançıların olimpiadaya hazırlığına təsir etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn il 4 - 20 fevralda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər