Daha biri "Keşlə"dən getdi

Daha biri "Keşlə"dən getdi
"Keşlə" daha bir futbolçusu ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu Məmməd Quliyevin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
23 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Keşlə"də çıxış edirdi. O, cari mövsümdə cəmi 5 rəsmi oyuna çıxaraq 6 dəqiqə oynayıb.
Qeyd edək ki, "Keşlə" bundan əvvəl Ebrima Sohna, Bahodir Nəsimov, Georgios Georgiadis, Herve Tçami və Elnur Cəfərovu yola salıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər