Azərbaycan Yay Olimpiya Oyunlarına bir gündə ikinci vəsiqəni qazanıb. Fanat.az xəbər verir ki, bu uğura taekvondoçumuz Milad Beigi Harçeqani imza atıb.
O, Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirində finala çıxaraq "Rio-2016"ya vəsiqə əldə edib. 80 kq çəki dərəcəsində mübarizə aparaq Milad latviyalı Yanus Kaunenini (16:0), erməni Arman Yeremyanı (11:1) və türk Yunus Sarını (10:1) məğlub edərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, Harçeqanidən əvvəl İstanbulda Fəridə Əzizova və Patimat Abakarova Olimpiadaya vəsiqə əldə etmişdi. Bu Azərbaycanın "Rio-2016"ya qazandığı 32-ci vəsiqə olub.
Fanat.az