Daha bir Avropa nəhəngi Zinəddin Zidana elçi düşdü

Daha bir Avropa nəhəngi Zinəddin Zidana elçi düşdü

Zinəddin Zidan daha bir Avropa nəhəngindən təklif alıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.

Xəbərə görə, cari mövsümün sonunda almaniyalı mütəxəssis Tomas Tuxellə vidalaşacağı öncədən bəlli olan "Bayern Münhen"in idarəçiləri Zizunun agenti ilə əlaqə saxlayıblar. Mənbə tərəflərin mümkün müqavilə ilə bağlı fikir mübadiləsi apardılarını vurğulayıb.

Daha öncə "Mundo Deportivo" Zidanın daimi yaşadığı İspaniyanı tərk etmək istəmədiyi üçün PSJ-yə "yox" dediyini və Fransa millisindən təklif gözlədiyini açıqlamışdı. Xəbərdə sözügedən mütəxəssisin biznesini uzun müddət nəzarətsiz qoymamaq üçün başqa ölkələrin klublarına rədd cavabı verdiyi qabardılmışdı. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər