Daha 3 idmançımız dopinqə görə cəzalandırıldı

Daha 3 idmançımız dopinqə görə cəzalandırıldı
Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) Fanat.Az-a verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırıqqaldıranlar - Emin Qocayev və Rəcəb Mustafayev 48 ay müddətinə diskvalifikasiya olunub.
Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər