Dadaşovun komandası Rizədən xalsız qayıtdı

Dadaşovun komandası Rizədən xalsız qayıtdı

Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rizəspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

“Hatayspor” hazırda 19 xalla 15-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər