Dadaşov qol vurdu, komandası qələbə qazandı

Dadaşov qol vurdu, komandası qələbə qazandı

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 22-ci turunda “Jena” ilə qarşılaşıb və səfər matçında 3:2 hesablı qələbəyə sevinib.

Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da 4-cü dəqiqədə penaltidən fərqlənən Rüfət vurub.

“Dinamo” hazırda 42 xalla 2-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər