Dadaşov məhsuldar ötürmə verdi, komandası xal qazandı

Dadaşov məhsuldar ötürmə verdi, komandası xal qazandı
Almaniyanın III Bundesliqasında XV turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen” doğma meydanda "Braunşveyq”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib. Əvəzində o, komandasının 86-cı dəqiqədə vurduğu qol zamanı məhsuldar ötürmə ilə yadda qalıb.
 
Münster klubu 15 turdan sonra 13 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər