Almaniyanın Şimal-Şərq Regional Liqasında XXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Germaniya Halberştadt" səfərdə "Moyzelvits"lə qarşılaşıb.
Matç 2:1 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Rüfət bu matça start heyətdə başlayıb və 90-cı dəqiqədə əvəzlənib. Komandasının hər iki qolunu da məhz Dadaşov vurub. O, 51-ci dəqiqədə hesabı açıbsa, 82-ci dəqiqədə penaltidən qol vuraraq fərqi daha da artırıb.
Qeyd edək ki, Dadaşovun komandası cari mövsümdə qazandığı ikinci qələbə sayəsində xallarının sayını 10-a çatdırmaqla yanaşı, həm də turnir cədvəlinin zirzəmisini tərk edib. Hazırda bu komanda 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
Fanat.az