Dadaşov Almaniyada dubl etdi

Dadaşov Almaniyada dubl etdi

Almaniyanın Şimal-Şərq Regional Liqasında IX turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun komandası - “Dinamo” da növbəti oyununa çıxıb.

 

Berlin təmsilçisi səfərdə “Auerbax”la üz-üzə gəlib. Oyunda sevinən tərəf qonaqlar olub. Matça start heyətində başlayan Rüfət 3:1 hesablı qələbəyə dublla töhfə verib. O, ilk yarıda penaltidən, fasilədən sonra oyun epizodundan qol vurub, 78-ci dəqiqədə isə əvəzlənib.

 

 Hazırda hesabında 19 xal olan "Dinamo" turnir cədvəlinin ikincisidi. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər