Dadaşbəyli MDB Oyunlarının qalibi oldu

Dadaşbəyli MDB Oyunlarının qalibi oldu

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən 2-ci MDB Oyunlarının qalibi olub.

Fanat.Az xəbər verir ki, idmançı 109 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.

O, toplam 393 kq (177+216) nəticə ilə qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəkidə çıxış edən Əli Şükürlü isə 300 kq-lıq (130+170) göstərici ilə 5-ci yeri tutub.

Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında təşkil olunan ağır atletika növündə 150-dən çox idmançı mübarizə aparır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər