DÇ-nin yarımfinalçıları müəyyənləşdi

DÇ-nin yarımfinalçıları müəyyənləşdi

Litvada keçirilən futzal üzrə Dünya Çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, yarımfinala gedən yolda Braziliya Mərakeşi 1:0, tarixində ilk dəfə 1/4 finala adlayan Qazaxıstan Asiyanın ən güclüsü olan İranı 3:2 hesabı ilə yenib.

Portuqaliya əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşdə İspaniyanı əlavə vaxtda məğlubiyyətə uğradıb - 4:2. Son çempion Argentina isə Rusiya Futbol İttifaqının komandası ilə görüşün əsas vaxtında 1:1 hesablı heç-heçə edib. Qalib penaltilər seriyasında müəyyənləşib ki, argentinalılar dəqiq olub - 5:4.

Beləliklə, yarımfinalda Braziliya Argentina ilə, Portuqaliya isə Qazaxıstanla üz-üzə gələcək. Oyunlar 29-30 sentyabrda Kaunas şəhərində təşkil olunacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər