DÇ-nin qalibini udan məşqçi özünü Fransa klubuna təklif etdi

DÇ-nin qalibini udan məşqçi özünü Fransa klubuna təklif etdi

Səudiyyə Ərəbistanının baş məşqçisi Herve Renard Fransada çalışacaq.

Fanat.Az xəbər verir ki, məlumatı "Lequipe" yayıb.

Mənbə Renardın "Nitsa" klubunun baş məşqçisi postuna iddialı olduğunu bildirib. O, öz namizədliyini sözügedən klubun rəhbərliyinə çatdırıb. Mütəxəssisin Səudiyyə Ərəbistanı millisi ilə müqaviləsində onun təzminat ödənildikdən sonra mümkün gedişi ilə bağlı bənd var.

Xatırladaq ki, “Nitsa” ötən həftə Lüsyen Favrın qovulduğunu açıqlayıb. İsveçrəli mütəxəssis gedəndən sonra komanda müvəqqəti olaraq əvvəllər “Nitsa”nın əvəzedici komandasında çalışmış Didye Diqarda tapşırılıb. Onun rəhbərliyi altında "Nitsa" "Monpelye"ni məğlub edib (6:1), "Reyms"lə heç-heçə edib (0:0).

Səudiyyə Ərəbistanı yığması Erve Renardın başçılığı altında 2022-ci il dünya çempionatında iştirak edib. Onun komandası DÇ-nin açılış oyununda Argentinanı sensasiyalı şəkildə məğlub edib (2:1), sonra Polşa (0:2) və Meksikaya (1:2) uduzaraq qrupdan çıxa bilməyib. Sonda məhz Argentina mundialın qalibi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər