DÇ: 6 güləşçimiz mübarizəyə başlayır

DÇ: 6 güləşçimiz mübarizəyə başlayır

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın 6-cı günündə növbəti sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Azərbaycanın 5 güləşçisi ilk görüşünə çıxacaq.

U-20 dünya çempionatı Sərbəst güləşi Təsnifat mərhələsi

61 kq Camal Abbasovun ilk rəqibi çinli Denqburile Denqburile olacaq.

74 kq Ağanəzər Novruzov fransalı Seyfulla İtayevi sınağa çəkəcək.

86 kq Sadiq Mustafazadənin ilk görüşdə rəqibi Aleksandru Borş (Rumıniya) olacaq.

125 kq Ən ağırların mübarizəsində çıxış edən Yusif Dursunov Aleksandre Abranişvilidən (Gürcüstan) üstün olmağa çalışacaq.

1/8 final 92 kq Anar Cəfərli Nikita Qobarets (İsrail) – David Yaksik (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər