DÇ-2023: Avstraliya Fransanı yenərək yarımfinala çıxdı

DÇ-2023: Avstraliya Fransanı yenərək yarımfinala çıxdı

Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatının - DÇ-2023-ün daha bir 1/4 final oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Avstraliyanın Brisben şəhərindəki "Lenq Park" stadionunda baş tutan oyunda Avstraliya və Fransa milliləri ilə qarşılaşıblar.

Görüşün əsas və əlavə vaxtında hesab açılmayıb. Oyunsonrası penaltilər seriyası isə yetərincə gərgin alınıb. Yekunda 7:6 hesablı qələbə qazanan meydan sahibləri yarımfinala yüksəliblər.

Qeyd edək ki, iyulun 20-də başlayan mundiala Avstraliya və Yeni Zelandiya ev sahibliyi edir. Turnirin final qarşılaşması avqustun 20-də baş tutacaq. Qadınlar arasında son dünya çempionatının qalibi ABŞ yığmasıdır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər