DÇ-2022: Pley-offa vəsiqə qazananlar səbətlərə bölündü

DÇ-2022: Pley-offa vəsiqə qazananlar səbətlərə bölündü

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu yığmalar pley-off matçlarına ev sahibliyi edəcəklər.

Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq. Yeri gəlmişkən, Türkiyə millisi səpələnmədiyindən matçlarını səfərdə keçirəcək.

Pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq.

Səpələnmişlər: Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç, Uels

Səpələnməmişlər: Türkiyə, Polşa, Şimali Makedoniya, Finlandiya, Avstriya, Çexiya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər