DÇ-2022-nin oyunlarını kimlər şərh edəcək? - İTV-dən açıqlama

DÇ-2022-nin oyunlarını kimlər şərh edəcək? - İTV-dən açıqlama

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının startına 10 gün qalıb. 

Ölkəmizdə DÇ-2022-nin yayım hüququ İctimai Televiziyaya məxsusdur. 

Fanat.Az-a danışan telekanalın idman departamentinin rəhbəri Kənan Hakimov oyunları kimlərin şərh edəcəyini açıqlayıb: 

"Dünya şempionatını öz şərhçilərmizin təqdim edəcəyi dəqiqdir. Bunlar - Tural Dadaşov, Əhməd Əliyev və Ürfan Məmmədlidir. Yeri gəlmişkən, şərhlər bir nəfərin də təqdimatında ola bilər, iki nəfərin də. Bu da oyunun əhəmiyyətindən, çətinliyindən asılı olan məsələdir. 

DÇ-2022-nin oyunlarını kimlər şərh edəcək? - İTV-dən açıqlama

Tural Dadaşov

DÇ-2022-nin oyunlarını kimlər şərh edəcək? - İTV-dən açıqlama

Əhməd Əliyev

DÇ-2022-nin oyunlarını kimlər şərh edəcək? - İTV-dən açıqlama

Ürfan Məmmədli

DÇ-nin ölkəmizdə eksklüziv yayım hüququ İctimai Televiziyaya məxsusdur. Telekanal sözügedən çempionatın bütün oyunlarını təqdim etmək hüququna malikdir. Sualınıza cavab olaraq qeyd edim ki, Qətərə İTV-nin heç bir nümayəndəsinin göndərilə biləcəyi ilə bağlı məlumatım yoxdur. Mundial zamanı turnirə həsr olunmuş "Bol Futbol" verilişimiz də hər oyundan öncə və sonra efirdə olacaq". 

Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-nə qədər keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər