Corcina Ronaldunun ona aldığı bahalı hədiyyəni nümayiş etdirdi - FOTO

Corcina Ronaldunun ona aldığı bahalı hədiyyəni nümayiş etdirdi - FOTO

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigezə etdiyi bahalı ad günü hədiyyəsi ilə yenidən gündəmə gəlib. 

Fanat.Az xəbər verir ki, Corcinanın sosial şəbəkələ hesabında hədiyyəni nümayiş etdirməsindən sonra müzakirələr başlayıb.

Səudiyyə Ərəbistanı "Əl-Nəsr"inin forvardı sevgilisi üçün "Jacob Co" brendindən çəhrayı qayışlı və qiymətli daşlarla haşiyələnmiş siferblatlı "G-Shock" saatının xüsusi dizayn versiyasını sifariş edib.

Corcina Ronaldunun ona aldığı bahalı hədiyyəni nümayiş etdirdi - FOTO Bu modelin dəqiq qiyməti məlum olmasa da, əksər ekspertlər saatın portuqaliyalıya təxminən 100 min dollara başa gəldiyini vurğulayıblar.

Xatırladaq ki, yanvarın 28-də Corcinanın 30 yaşı tamam olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər