"Champions Showdown": Məmmədyarov Nepomnyaşini də yenib liderliyə yüksəldi

"Champions Showdown": Məmmədyarov Nepomnyaşini də yenib liderliyə yüksəldi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fişer şahmatı" (şahmat 960) üzrə "Champions Showdown" turnirində növbəti görüşünü keçirib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı şahmatçı yarışın altıncı turunda FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov sonuncu İddiaçılar Turnirinin qalibini 25-ci gedişdə məğlub edib.

Gün ərzində baş tutan əvvəlki iki turda, müvafiq olaraq, Uesli So (ABŞ) və Harri Kasparovu (FIDE) yenən təcrübəli şahmatçımız bu qələbələr sayəsində xalını 4,5-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, dairəvi sistemlə 9 turdan ibarət turnirə sentyabrın 17-də yekun vurulacaq. Ümumi mükafat fondu 150 000 dollardır. Qalib 37 500 dollar qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər