"Champions Showdown": Məmmədyarov Nakamuranı yenib Karuanaya uduzdu

"Champions Showdown": Məmmədyarov Nakamuranı yenib Karuanaya uduzdu

ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə "Fişer şahmatı" (şahmat 960) üzrə "Champions Showdown" turniri start götürüb.

Fanat.Az xəbər verir ki, yarışda 37 yaşlı qrossmeysterimizlə yanaşı, Uesli So, Leynyer Dominqes, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı ABŞ), Alireza Firuzca (Fransa), Pyotr Svidler, Yan Nepomnyaşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) mübarizə aparır.

İlk gündə üç tur oynanılıb. Məmmədyarov birinci oyununda Hikaru Nakamuranı yenib. Ardınca Fabiano Karuanaya uduzan Şəhriyar üçüncü dueldə Alireza Firuzca ilə heç-heçə edib.

Təcrübəli şahmatçımız 1,5 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alıb. Lider maksimum nəticə göstərən Nepomnyaşidir.

Qeyd edək ki, dairəvi sistemlə 9 turdan ibarət turnirə sentyabrın 17-də yekun vurulacaq. Ümumi mükafat fondu 150 000 dollardır. Qalib 37 500 dollar qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər