Cəlal oynadı, "Arda" qələbə qazandı

Cəlal oynadı, "Arda" qələbə qazandı

Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da növbəti matçına çıxıb.

Sözügedən komanda evdə "Hebar"la qarşılaşıb. Hüseynovun start heyətində yer aldığı oyunda meydan sahibləri qələbə qazanıblar. "Arda" 2:1 hesabı ilə üstün olub. Cəlal qarşılaşmanı əvəzlənmədən keçirib.

Qeyd edək ki, Kardcali klubu 4 oyunda 2 qələbə qazanıb, 2 məğlubiyyətlə üzləşib. “Arda” hazırda 6 xalla 6-cı pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər