Cəbhədə vəziyyət necədir? - Rəsmi açıqlama

Cəbhədə vəziyyət necədir? - Rəsmi açıqlama
Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini atəşə tutur.
Bu barədə Fanat.Az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusu adekvat tədbirlər görür.
Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.
Qeyd olunub ki, düşmənin açdığı atəşlər nəticəsində ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür.
Bundan başqa, Ermənistan silahlı qüvvələri tərəfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirib. 
Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Nəticədə bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər