Cavid iş yerini tərk etdiyini açıqladı

Cavid iş yerini tərk etdiyini açıqladı

Milli komandamızın sabiq üzvü Cavid İmamverdiyev “Kəpəz”dən ayrılıb.

Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi başa çatan müqaviləsini yeniləməyib.

Yarımmüdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. “Hər şey üçün təşəkkürlər" yazan futbolçu Gəncə təmsilçisi ilə vidalaşıb.

Qeyd edək ki, Cavid İmamverdiyev  2021-ci ilin yayından “Kəpəz”də çıxış edirdi. 

"Neftçi"nin yetirməsi olan İmamverdiyev "Sumqayıt"da da çıxış edib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər