Cavadovu prezident "burunlayıb" - SƏBƏB

Cavadovu prezident "burunlayıb" - SƏBƏB

Vaqif Cavadovun “Sumqayıt”dan gedəcəyiylə bağlı xəbəri Fanat.Az yaymışdı və az keçməmiş futbolçunun “gənclik şəhəri” təmsilçisiylə rəsmən yolları ayırdığını eşitdik. Təbii, gənc çalışdırıcı Samir Abasovun qış fasiləsinə qədər xidmətindən istifadə etdiyi yarımmüdafiəçini yola salmaq fikrinə düşməsi suallara meydan verir.

Birdən-birə münasibətlərin korlanması isə ehtimallardan biridi. Hələ vaxtilə bir yerdə oynadığı Vaqifi komandaya götürəndə sərəncamındakı gənclərə “Cavadovdan öyrənəcəyiniz çox şey var. Sözünü eşidin, məsləhətlərinə qulaq asın” deyən adamın fikrini 180 dərəcə dəyişməsi ağlabatandımı? Əsla!

Abasov klub prezidenti Kamran Quliyevin istəyiylə futbolçunun “qara siyahı”ya salıb. Etibarlı mənbədən bizə verilən məlumata görə AFFA-nın baş katibi Elxan Məmmədovla məsləhətləşən Quliyev yığmanın qapılarının Cavadovun üzünə bağlandığını öyrənib və futbolçunun “qələmini qırıb”.  Dekabrın əvvəllərindən – baş katiblə “Sumqayıt”ın prezidenti məsləhətləşəndən sonra özünə qarşı ögey münaibət hiss etməyə başlayan Vaqifin çıxdaş olunmasının dəqiq səbəbi budur!

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər