“Roma”nın canlı əfsanəsi Françesko Totti karyerasını Yaponiyada davam etdirə bilər. Fanat.Az xəbər verir ki, bu haqda Tvitterdəki hesabında müxbir Tankerdi Palmeri yazıb.
40 yaşlı hücumçunun xidmətində “Tokio Verdi” maraqlıdı. Yaponiya klubunun rəhbərliyi Tottiyə ildə 3 milyon avro maaş verməyə hazırdı. Karyerası ərzində yalnız “Roma”da oynayan futbolçunun təklifi necə qarşılayacağı bilinmir. Onun rənglərinə könül verdiyi klubda işləmək variantı da qüvvədədi.
Qeyd edək ki, mayın 28-də baş tutan “Cenoa” ilə oyun “canavarlar”ın heyətində Françesko üçün sonuncu olub. 1992-ci ildən bəri “Roma”da 785 oyuna çıxan hücumçu 308 qolla adını tarixə yazdırıb.
Fanat.Az