Mövsümün əvvəlində "Fənərbağça"dan ayrılaraq "Karagümrük"ə yollanan Caner Erkin qışdan sonra yeni klubda oynamağa yaxındır.
Fanat.Az xəbər verir ki, "Sport Arena" sol cinah müdafiəçisinin "Trabzonspor"a keçəcəyini iddia edib.
Caner üçün rəsmi təklif edildiyi, "Fənərbağça" prezidenti Ahmet Ağaoğlunun futbolçunu "Karagümrük"dən olan həmkarı Süleyman Hurmadan istədiyi bildirilir. Futbolçu da bu transferə isti münasibət bəsləyir.
"Karagümrük" prezidenti Süleyman Hurma xəbəri təsdiqləyib. Caner Erkinin transfer haqqını ödənildikdən sonra onun "Trabzonspor"a keçidi rəsmiləşəcək.
Daha əvvəl Türkiyədə "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" formasını geyinmiş Caner "Trabzonspor"da oynayacağı halda, "dörd böyük"də çıxış etmiş Sərgən Yalçın və Burak Yılmazdan sonra tarixə düşəcək.
Qeyd edək ki, Caner “Beşiktaş” dönəmində baş məşqçi Abdullah Avcı ilə çalışıb.
Mirağa