Fransa futbolunun canlı əfsanəsi Tyerri Anri Lionel Messinin Argentina millisində PSJ-dən daha uğurlu olmasının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
“Üç dirijorun olduğu orkestrə rəhbərlik etmək çətindir. Argentina millisində Messi patrondur. Baxın, millinin futbolçuları onunla necə davranır. Onun üçün ölməyə hazırdırlar. Lionel bunu hiss edəndə onu saxlamaq olmur. PSJ-də isə hər şey fərqlidir".
Messi Argentina millisi ilə birlikdə DÇ-2022-nin qalibi olub. "Albiseleste" finalda Fransaya qalib gəlib. Lionel Qətərdə dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
Mirağa