Böyük Dəbilqə: Rüstəm Orucov mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üç cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşvili ilə üz-üzə gələcək.

81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyanın, eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqanın müqaviləmətini qırmağa çalışacaq.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxıb. Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər