"Böyük Dəbilqə": Qadın millimizin də heyəti açıqlandı

"Böyük Dəbilqə": Qadın millimizin də heyəti açıqlandı

Azərbaycanın qadınlardan ibarət cüdo millisinin Bakıda keçiriləcək "Böyük Dəbilqə" turniri üçün ilkin heyəti məlum olub.

Fanat.Az xəbər verir ki, məşqçilər korpusu yarışa 7 cüdoçu sifariş edib. Bunlar Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayevadır (70 kq).

Xatırladaq ki, kişilərdən ibarət millimizin yarış üçün açıqlanan ilkin heyətində 20 cüdoçunun adı yer alıb.

Bakı "Böyük Dəbilqə"si 5-7 noyabrda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər