Türkiyə Futbol Federasiyası (TFF) ölkədə həftəsonu üçün gözlənilən əlverişsiz hava şəraitinə görə aşağı liqaların oyunlarını təxirə salıb.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.
Xəbərə görə, 11-14 martda təşkili planlaşdırılan I, II və III liqalardakı matçlar 18-21 martda keçiriləcək.
Millimizin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" martın 14-də XXIII turda "Balıkesirspor"u qəbul etməli idi.
Qeyd edək ki, "timsahlar" bu gün XXII turdan təxirə salınmış görüşdə "Eyüpspor"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.