"Bursaspor"un "ən"ləri: Namik Ələskərov da var

"Bursaspor"un "ən"ləri: Namik Ələskərov da var

“Bursaspor” TFF Liqa 1-də mövsümün ilk yarısını 19 xalla 17-ci pillədə başa vuran "Bursaspor"un yarımil ərzindəki göstəriciləri açıqlanıb.

Fanat.Az xəbər verir ki, Bursa mətbuatının araşdırmasına görə, Azərbaycan millisinin üzvü Namik Ələskərov 2 göstəricidə ən yaxşılar arasına düşməyi bacarıb.

18 oyunda 5 qələbə, 4 heç-heçə və 9 məğlubiyyətlə yadda qalan "yaşıl-ağlar" ümumilikdə 22 qola imza atıb. Ümumilikdə, 195 qayda pozuntusunun qeydə alındığı dövrə ərzində 35 sarı və 2 qırmızı vərəqə alan “Bursaspor” 40 dəqiq ötürmə edib. "Timsah"da orta hesabla topla oynama göstəricisi 52 faiz olub. 

"Bursaspor"un "ən"ləri aşağıdakılardır:

Ən çox oynayan oyunçu Batuhan Kör: 18 oyun; 833 dəqiqə.

Ən çox meydanda olan oyunçu Burak Altıparmak: 1438 dəqiqə; 17 oyun

Ən çox qol vuran: Namik Ələskərov - Massimo Bruno: 4 qol

Ən çox assist edən oyunçu: Namik Ələskərov - Massimo Bruno: 4 ötürmə

Ən çox sarı vərəqə alan oyunçu: İsmayıl Yüksək: 7 vərəqə

Ən çox qırmızı vərəqə alan oyunçu: Tim Matavaz-Nicolas Zalazar: 1 vərəqə

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər