Tükiyə Super Liqasının XX turunda "Beşiktaş"ı qəbul edən "Bursaspor" "Zeytun budağı" əməliyyatına dəstək verib.
Fanat.Az xəbər verir ki, Bursa təmsilçisi meydana formalarında klub loqosunun üzərində "zeytun budağı" şəkiili ilə çıxıb.
"Bursaspor" azarkeşləri isə "Zeytun budağı" əməliyyatına hazırladıqları xaroqrafiya ilə dəstək verib. Fanatlar tribunada içində ay-ulduz olan Türkiyə xəritəsini nümayiş etdirib. İki komandanın futbolçuları isə meydana üzərinə "Kalbimizle duam?zla Mehmetçiğin yanındayız" yazılmış pankartla çıxıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PKK-nın bu ölkədəki qanadı olan PYD-yə qarşı anti-terror əməliyyatı keçirir.
Onu da qeyd edək ki, "Bursaspor" - "Beşiktaş" oyunu 2:2 hesabı ilə başa çatıb.
Fanat.Az