Namikin komandasında "yarpaq tökümü"

Namikin komandasında "yarpaq tökümü"

Mövsümə uğursuz başlayan, yeni baş məşqçi Fatih Tekkenin debütündə də məğlub olan "Bursaspor"da durum qəlizdi.

Fanat.Az-ın məlumatına görə, Namik Ələsgərovun da yer aldığı "timsahlar"ın rəhbərliyi baş məşqçinin raportu əsasında 4 futbolçuya "özünüzə klub tapın" deyib. Onların arasında millimizin üzvü Ufuk Budak da var. Onunla yanaşı, Ozan Sol, Hasan Ayaroğlu və Kristobal Jorjuerayla da yollar ayrılacaq. 

Maraqlıdır ki, bu 4 futbolçu 13 yeni transferdəndir. Mövsümün əvvəlində sözləşməsi yenilənən 34 yaşlı stopper Aykut Akgünlə də artıq yollar ayrılıb. 

Fatih Tekke "Eyubspor"a məğlubiyyətdən (0:2) sonra “4 transfer istədiyini” söyləyib ki, belədə gedənlərin yerinə 10 gün ərzində yeni toyunçular olunacaq. 

Qeyd edək ki, Türkiyədə yaz "transfer pəncərəsi" sentyabrın 8-də başa çatacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər