Burak Yılmaz azarkeşlərlə vidalaşdı - FOTO

Burak Yılmaz azarkeşlərlə vidalaşdı - FOTO
Burak Yılmaz "Qalatasaray"dan ayrılır. Fanat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Buna səbəb futbolçunun azarkeşlərlə "vidalaşması" olub. Belə ki, ötən gün "Osmanlıspor"la baş tutan oyunun 31-ci dəqiqəsində qol vurduqdan sonra əl işarəsi ilə azarkeşlərə təşəkkür etməsi olub. 
İddiaya görə, Burak artıq "Vest Hem"lə anlaşıb. İngiltərə klubu bu transfer üçün "Qalatasaray"a 7,5 milyon avro ödəyəcək.
"Osmanlıspor" matçından sonra jurnalistlərə qısa açıqlama verən Burak özü bunları deyib: "Komandadan ayrılıb-ayrılmayacağım 2-3 gün ərzində bilinəcək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər