Bülent Uyğunu aldadıb pullarını apardılar - TƏFSİLAT  

Bülent Uyğunu aldadıb pullarını apardılar - TƏFSİLAT  

Özünü DNT mütəxəssisi kimi təqdim edən Ulaş Birihan adlı şəxsin türkiyəli məşhur məşqçi Bülent Uyğunu və daha bir neçə şəxsi aldadaraq onlardan külli miqdarda pul aldığı bəlli olub.

Fanat.Az "Sabah"a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən yayılan açıqlamada fırıldaqçının FİFA meneceri Cem Şimşəyin vasitəsi ilə  Uyğunla tanış olduğu bildirilib. 

Özünü yüksək səviyyəli siyasətçilərə yaxın biri və Türkiyə Milli Əmlak Qurumunun direktorunun qohumu kimi təqdim edən şəxs tanınmiş mütəxəssisə Sakaryanın Karasu rayonunda torpaq almağa yardımçı olacağını vəd verib. Bu məqsədlə Uyğun ona 638 min 850 lirə və 125 min dollar, ümumilikdə 2 milyon 481 min lirə (təxminən 283 min manat) verib. Ancaq bir müddət sonra aldadıldığını başa düşən məşqçi polisə şikayət edib. 

Fırıldaqçıya “dövlət məmurlarının adından yararlanaraq dələduzluq etmək” və “rəsmi sənədləri saxtalaşdırmaq” maddələri ilə cinayət işi açılıb. Prokuror ona ümumilikdə 26 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. 

Qeyd edək ki, Bülent Uyğun "Sivasspor", "Dənizlispor", "Kayserispor", "Rizəspor" və sair Türkiyə klublarını çalışdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər