Bukmeykerlər bu klubun çempionluğunu istəmir - ŞOK

Bukmeykerlər bu klubun çempionluğunu istəmir - ŞOK

İngiltərədəki bukmeyker kantorları "Leyçester"in çempion olmasını istəmir. Fanat.az xəbər verir ki, adlı-sanlı rəqiblərini geridə qoyaraq Premyer Liqanın turnir cədvəlinə başçılıq edən komanda çempion olsa, kantorlar 5 milyon funt-sterlinq (11 milyon 480 min 500 manat) itirəcək.

Belə ki, mövsümün əvvəlində "Leyçester"in çempionluq əmsalı 5000 olaraq göstərilmişdi. Bu isə komandanın çempionluğuna 40 funt-sterlinq (91 manat) yatıran bukmeyker həvəskarı mövsümün sonunda 200 min funt-sterlinq (460 min manat) qazanacaq.

Qeyd edək ki, "Çelsi"nin çempion olduğu 2014/15 mövsümünü bukmeyker kantorları 150 min funt-sterlinq (bu günkü məzənnə ilə 345 min manat) qazancla başa vurmuşdu. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər