Buffon yenə Tanrıya qarşı çıxdı - İFF sübut etsə...

Buffon yenə Tanrıya qarşı çıxdı - İFF sübut etsə...
"Yuventus"un qapıçısı Canluici Buffon yenidən Tanrıya qarşı çıxmaqda günahlandırılır.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 42 yaşlı qapıçı İtaliya Kubokunun 1/2 finalının ilk oyununda küfr edib. O, "İnter"lə matçın (2:1) əvvəllərində rəqibin forvardı Lautaro Martinesin vurduğu qola nalayiq ifadə ilə reaksiya verib.
Bu, məşhur qapıçının eyni mövsümdə ikinci belə davranışıdı. Daha öncə A Seriyasının 13-cü turunda keçirilən "Parma" ilə oyunda da Tanrıya qarşı sayğısızlıq edən Buffonun dediyi sözlər kameraya düşməmişdi. İtaliya Futbol Federasiyası (İFF) həmin anların sosial şəbəkələrdə yayılan görüntülərini tutarlı əsas saymayaraq qolkiperi cəzalandırmamışdı. 
Bu dəfə günahı sübuta yetiriləcəyi halda, Cici qaydalara əsasən bir oyunu kənardan izləmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, italyan dilində küfr ən ağır söyüşlərdən biri sayılır. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər