Buffon AÇ-2024 üçün favoritini açıqladı: "Onların heyətindən hətta 3 komanda yaratmaq olar"

Buffon AÇ-2024 üçün favoritini açıqladı: "Onların heyətindən hətta 3 komanda yaratmaq olar"

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon 2024-cü il Avropa çempionatının favoritini açıqlayıb.

Fanat.Az xəbər verir ki, “Sky Sport Italia” veteran qolkiperin dediklərini belə çatdırıb:

“Heyət baxımından Fransa ən güclüdür. O, bu heyətdən üç komanda yarada bilər və hər biri yarımfinala, hətta finala yüksələr. Bununla belə, bir çox komandalar, o cümlədən İtaliya onlara problem yarada bilər. Fransızlar potensiallarından doğru istifadə etsələr, onları məğlub etmək asan olmayacaq”.

Xatırladaq ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. AÇ-nin açılış matçı meydan sahibləri ilə Şotlandiya millisi arasında baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər