Büdcəyə qənaət etmək istəyən MY-yə bunu məsləhət gördülər - İddia

Büdcəyə qənaət etmək istəyən MY-yə bunu məsləhət gördülər - İddia

"Mançester Yunayted"in yeni rəhbərliyi klubun xərcləri ilə bağlı hesabat hazırlamaq üçün "Interpath Advisory" şirkəti ilə əməkdaşlığa başlayıb.

Fanat.Az “The Times”-ə istinadən xəbər verir ki, məqsəd azaldıla bilən məsrəfləri müəyyənləşdirmək və nəticədə pula qənaət etməkdir.

Xəbərə görə, ilkin nəticələr hər kəsi təəccübləndirib. Şirkət “Mançester Yunayted”in rəhbərlərinə inzibati heyət üçün ayrılan avtomobillərdən istifadəni qadağan etməyi tövsiyə edib. Müəyyənləşib ki, İngiltərə nəhəngində məhz inzibati heyətin xidmətindəki avtomobillər ən çox məsrəfə səbəb olur.

“Mançester Yunayted” hazırda İngiltərə çempionatının turnir cədvəlində altıncı yerdədir. Komanda növbəti oyununu bu gün, aprelin 7-də “Liverpul”a qarşı keçirəcək. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər