Bu növ İslamiadanın proqramından çıxarıldı

Bu növ İslamiadanın proqramından çıxarıldı

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarının kikboksinq proqramında dəyişiklik olunub.

Fanat.Az xəbər verir ki, kikboksinqin "Point Fighting" növü ləğv olunaraq yarışın proqramından çıxarılıb.

Həmçinin kişilərdə "Low Kick"də 91 kq, "Full Contact"da 57 kq və +91 kq çəki dərəcələri üzrə mübarizə olmayacaq. Qadın kikboksçuların yarışında isə 48 və 70 kq çəki dərəcələri ləğv edilib.Buna səbəb həmin çəki dərəcələrində idmançıların sayının azlığı olub.

Qeyd edək ki, 9-18 avqust tarixlərində keçiriləcək İslamiadada Azərbaycan 24 kikboksçu ilə təmsil olunacaq. Kikboksinq yarışları 16-18 avqust tarixlərində baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər