“Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil” - Musayev

“Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil” - Musayev

"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:7 hesabı ilə məğlub olduqları matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Rəqib bütün komponentlərdə bizdən üstün idi. Bu məğlubiyyətə görə heç bir bəhanə axtarmaq lazım deyil. Günahkar özümüzük.

İlk hissədə özümüz rəqibə 3 qol hədiyyə verdik. Ondan sonra artıq hesabın 1:5, 1:6, 1:7 olmasının fərqi yox idi. 

Nicatın ikinci qola qədər zədəsinə görə həkimləri niyə çağırmadığını anlamıram. Əslində təcrübəli futbolçudur. Yerə yıxılıb həkimləri çağırmalı idi. Zədən varsa, niyə oynayırsan? Çıxmaq lazımdır.

1:7 ağır nəticədir. Buna görə yüz faiz mən günahkaram. Məşqçi mənəm, keyfiyyətə görə mən məsuliyyət daşıyıram. Amma bütün bunların öhtəsindən gəlməliyik”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər